lider-media.az

Reinteqrasiya tədbirləri ilə ötən il 216 uşaq dövlət uşaq müəssisələrindən ailələrinə qaytarılıb

Baxış: 93 Tarix: 27-01-2025, 11:48

182 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi dövlət uşaq müəssisələrindən uşaqların ailələrinə qayıdışı, onların ailə mühitində böyüməsi üçün hüquqi, sosial, tibbi-psixoloji və s. dəstək tədbirlərini davam etdirir.

Reinteqrasiya yönümlü bu tədbirlər nəticəsində ötən il daha 216 uşaq dövlət uşaq müəssisələrindən ailələrinin himayəsinə qaytarılıb.
Uşaqların həmin müəssisələrə düşməsinin qarşısının alınması üçün də həssas qruplara aid uşaqlar və ailələri ilə bağlı Ailə İnkişaf Planları əsasında sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır. 
Görülmüş preventiv tədbirlər nəticəsində ötən il 182 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanması təmin olunub.
Ümumilikdə, ötən dövrdə Agentlik tərəfindən 664 uşağın müəssisələrdən ailələrinə qayıdışına nail olunub, 547 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb. 

Reinteqrasiya tədbirləri ilə ötən il 216 uşaq dövlət uşaq  müəssisələrindən ailələrinə qaytarılıb


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi