lider-media.az

“24 saata həll edəcəm demişdi” - Tramp Ukraynada müharibəni necə dayandıracaq?

Tarix: Dünən, 22:00

“ABŞ prezidenti Donald Tramp seçkiqabağı kampaniyasında  Ukraynada müharibəni 24 saat ərzində dayandıracağını bildirmişdi. Düzdür, elə həmən zamanda yeni prezidentin bu qədər qısa müddətdə Rusiyanı dayandıra biləcəyi gözlənilmirdi”. 

Lider-media.az xəbər verir ki, bunu politoloq Zeynal Əmrəliyev deyib. 

“Artıq 3 ilinə yaxınlaşan müharibədə  sülhün həm Moskvanın, həm Kiyevin qarşılıqlı şəkildə güzəştə getməsi ilə mümkün olacağı bəllidir. Ancaq nə Rusiya, nə Ukrayna rəhbərliyi güzəştin tərəfdarı deyil. Hakimiyyətə qayıdışı zamanı dünyanın Trampdan ən çox gözlədiyi məhz bu dəhşətli müharibəni dayandırmasıdır. Əgər o yaxın 4 ildə  bunu bacarmasa həm ABŞ dövlət olaraq çətin vəziyyətə düşəcək, həm də 2028 - ci ildəki seçkilərdə respublikaçıların qələbə şansı  azalacaq.  Buna görə Tramp hər iki tərəfə maksimum təzyiq siyasətindən istifadə etməlidir. Ukraynada Vladimir Zelinski hökumətini razı salmaq asandır. ABŞ Ukrayna verdiyi silahlı dəstəyi kəssə, eyni zamanda Avropadakı müttəfiqlərini də buna məcbur etsə Kiyev müharibəni dayandırmağa məcbur olacaq. Düzdür, bu vəziyyəti nəzərə alaraq son zamanlar Ukrayna rəhbərliyi Trampın əsas qlobal  rəqibi olan Çinlə müttəfiqlik əlaqələrinə maraq göstərir. Ancaq rəsmi Pekinin Moskva ilə münasibəti  korlamaq bahasına Kiyevə güclü dəstək göndərəcəyi gözlənilən deyil. Buna görə də Ukraynanın müharibədəki taleyi hazırda daha çox ABŞ - nin qərarından asılıdır. Müharibəni dayandırmaq üçün əsas məsələ rus ordusunu dayandırmaqdır. Co Bayden vəzifəsindən getməyə sayılı günlər qalmış qarşı ağır sanksiya tətbiq etməklə Trampa bu məsələdə xeyli köməklik göstərdi. Yeni admistirasiya Rusiyanın iqdisadi vəziyyətini daha da ağırlaşdırmağa çalışacaq. Eyni zamanda Trampın neftin qiymətini aşağı salmaq üçün də hərəkətə keçəcəyi gözləniləndir. Rusiyanın qarşısını kəsmək üçün ABŞ prezidenti neftin qiymətini 40 dollara kimi sala bilər. Bu eyni zamanda Donald Trampın seçkiqabağı təblığatı səsləndirdiyi vədlərə də uyğun gəlir. Həmçinin yeni prezidentin əsas müttəfiqi olan İlon Muskun da iqdisadi mənafeyinə uyğun gəlir. Düzdür, ABŞ bunun üçün Səudiyyə Ərəbistanı başda olmaqla ərəb ölkələrini razı salmalıdır. Ancaq nəzərə alaq ki, Trampın Ər - Riyadla çox gözəl münasibəti var və bu krallıq onun bölgədəki əsas dayağı sayılır. Tramp İsrail və Həmas arasında atəşkəsə nail olmaqla ərəb dünyasında öz nüfuzunu daha da artırdı. ABŞ - nin yeni sanksiyalarında əsasən neftlə sektorunun hədəf seçilməsi də buna hesablanmış addımdır. Tramp  müharibəni dayandıra bilərsə belə  ümumi sülhdən danışmaq bir qədər tezdir. Çünki dəhşətli müharibə tərəflər arasında etimad mühitini yoxa çıxarıb. Bunun üçün ciddi danışıqlara ehtiyyac var. Donald Tramp bu danışıqlarda da vasitəçiliyi ələ almağa çalışacaq. Ancaq biznes də kifayət qədər uğurlu olan Trampın vasitəçi kimi nə qədər uğur qazanacağı da bir qədər müəmmalıdır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi