lider-media.az

Seysmoloji Xidmət zəlzələ ilə bağlı əhaliyə müraciət edib

Baxış: 246 Tarix: 26-01-2025, 20:10

Xəzər dənizi seysmik baxımdan aktiv bölgələrimizdən biridir və seysmik bölgələrdə təkanların olması mümkün haldır.Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı bildirib."Xəzər dənizində son iki gündə baş verən ( ml =3.1 və ml=3.5) hər iki zəlzələ zəif zəlzələlərdir və zəlzələ ocaqları sahil bölgələrimizdən çox uzaqda olduğuna görə quru ərazilərimizə hər hansı təsiri yoxdur. Bu baxımdan da bu zəlzələlərlə bağlı narahatlığa ehtiyac yoxdur", - V.Rafiqqızı deyib.

Onun sözlərinə görə, maqnitudası 3 və 3-dən yuxarı olan zəlzələlər haqqında məlumatlar ictimaiyyətə beynəlxalq seysmoloji təşkilatlarla razılaşma protokoluna uyğun təqdim edilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi