lider-media.az

Gürcü ekspert: Türkiyə və Azərbaycan ilə mehriban və yaxşı münasibətlər Gürcüstan üçün xüsusilə vacibdir

Baxış: 264 Tarix: 26-01-2025, 06:45

“Dünyada gedən qlobal proseslər Cənubi Qafqazın yenidən bölüşdürülmənin bir hissəsi olsa, bu, ilk növbədə Gürcüstana aid olacaq”.Bu sözləri “Birləşmiş Neytral Gürcüstan” təşkilatının üzvü, politoloq Bidzina Giorqobiani “Daily Chronicle” proqramındakı çıxışı zamanı söyləyib.Siyasətçi deyib ki, strateji tərəfdaşlar olan Türkiyə və Azərbaycanın Gürcüstanla 33 il ərzində çox mehriban və yaxşı münasibətlər saxlaması Gürcüstan üçün xüsusilə vacibdir. Bizim üçün ən vacibi qonşularımız olan Türkiyə və Azərbaycanla, daha sonra Ermənistanla yaxşı münasibətlər saxlamaqdır.

“Yeni dünya nizamı qurulandan sonra Rusiya ilə münasibətlərin gələcəyinin necə olacağını görəcəyik. Qonşularımızla münasibətlər Gürcüstan üçün birinci prioritet olmalıdır, ondan sonra qlobal layihələr haqqında düşünməliyik” – deyə, Bidzina GiorQobiani bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi