lider-media.az

Bakıda Çin Yeni ilinin qeyri-maddi mədəni irsi ictimaiyyətə təqdim olunub

Baxış: 338 Tarix: 25-01-2025, 20:52

Yanvarın 25-də Bakı sakinlərinə və qonaqlara Çin Yeni ilinin qeyri-maddi mədəni irsi təqdim olunub., Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyi və Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun təşkilatçılığı ilə Çinin Yeni il bayramı münasibətilə tədbir keçirilib. Tədbir “qızıl əjdaha”nın parlaq və şən rəqsi ilə başlayıb.Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Dinq Tao səfirlik adından bütün iştirakçılara ən səmimi Yeni il təbriklərini çatdırıb və tədbirdə iştirak edən uşaqlara hədiyyələr təqdim edib.Tədbirin davamında interaktiv əyləncə proqramları, Çin Yeni ilinə özəl mantı bişirmə ustad dərsi və ənənəvi Çin rəqsləri ifa olunub.Bayram tədbiri paytaxt sakinləri və qonaqları tərəfindən maraqla qarşılanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi