lider-media.az

5 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açıldı

Baxış: 168 Tarix: 25-01-2025, 10:50

Şəmkirdə 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov məlumat yayıb.

O bildirib ki, Bakı-Qazax magistral yolunun Şəmkir rayon Dəllər qəsəbəsi ərazisindən keçən hissəsində 5 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

"Magistral yolda "VAZ-21021 və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib daha 1 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Başvermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.Xatırladaq ki, qəza nəticəsində, 26 yaşlı Xətai Əliyev, 41 yaşlı Zaur Cabbarov, 28 yaşlı Röyal Allahverdiyev, 53 yaşlı Elşən Xudaverdiyev və daha 1 nəfər ölüb. Sərnişinlərdən biri, 29 yaşlı Elçin Orucov isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi