lider-media.az

Nazir müavini Sarvan Cəfərov Zaqatalada vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Baxış: 230 Tarix: 24-01-2025, 20:30

2023-cü ilin sentyabr ayından başlayaraq Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları keçirilir.Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov yanvarın 24-də Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Zaqatala rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, əkin subsidiyası, arıçılığın inkişafı, tütün və barama tədarükü, Əmlak Məsələləri Dövlət Xidmətinin elektron informasiya resurslarından məlumatların EKTİS-ə inteqrasiya olunması, torpaq sahəsinin sənədləşdirilməsi və digər məsələlərlə bağlı olub. Nazir müavini Sarvan Cəfərov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qəbuldan sonra nazir müavini Sarvan Cəfərov rayonun Yuxarı Tala kəndində arıçılıq təsərrüfatının və bal emalı sexinin fəaliyyəti ilə tanış olub, təsərrüfatda məhsuldarlıq göstəriciləri, məhsulun qablaşdırılması, satışın təşkili məsələləri ilə maraqlanıb. Uzun müddətdir arıçılıqla məşğul olan fermer Mövluddin Qurbanəliyev bildirib ki, hazırda təsərrüfatda 500 arı ailəsi saxlanır, orta məhsuldarlıq 25-30 kiloqram təşkil edir. Təsərrüfatda arılara qulluq sırf orqanik istehsalın tələblərinə uyğun aparılır. Arıçılıq məhsullarının istehsalı və satışında çətinliklə üzləşmədiyini deyən fermer gələcəkdə məhsulların qablaşdırılmasına xüsusi diqqət yetirəcəyini vurğulayıb.

Nazir müavini fermerlərlə arıçılığın inkişafına dövlət dəstəyi mexanizmləri ətrafında fikir mübadiləsi aparıb, tövsiyələrini verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi