lider-media.az

Özünüməşğulluq proqramına cəlb olunanların illik sayı 15 dəfəyə yaxın artıb

Baxış: 175 Tarix: 24-01-2025, 11:19

Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı işsiz və işaxtaran şəxslərin kiçik biznesə yiyələnməsinə imkan yaradır.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu proqrama cəlb edilənlərin illik sayı proqramın icrasına başlandığı 2017-ci ilə nisbətən 15 dəfəyə yaxın artaraq 17,3 mini ötüb.Ötən dövrdə özünüməşğulluq proqramına 96 mindən çox işsiz və işaxtaran şəxs cəlb olunub.Proqram iştirakçıları üçün ilk mərhələdə təlimlər təşkil edilərək, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri bitirənlər biznes planlarına uyğun olaraq öz kiçik təsərrüfatlarını qurmaları üçün aktivlərlə təmin edilirlər.  

 Özünüməşğulluq proqramına cəlb olunanların illik sayı 15 dəfəyə yaxın artıb



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi