lider-media.az

Davosda İlham Əliyev - Paşinyan görüşü ola bilər – Nələr müzakirə olunacaq?

Baxış: 41 Tarix: 22-01-2025, 23:56

 

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş nazir Nikol Paşinyan arasında Davosda görüş baş tuta bilər”.
Bunu Lider-media.az-a verdiyi açıqlamada politoloq Oqtay Qasımov deyib.
“Artıq Paşinyanın yanvarın 23-də Davosa gedəcəyi ilə bağlı məlumatlar dəqiqləşib. Lakin hələ ki, onun Azərbaycan Prezidenti ilə görüşüb-görüşməyəcəyi məlum deyil. Nəzərə alsaq ki, tərəflər təxminən 3 ay öncə Kazan şəhərində geniş tərkibli heyətlə görüş keçirmişdilər. Bu zaman danışıqlar kifayət qədər effektli və məhsuldar olmuş, ətraflı müzakirələr aparılmış və komanda üzvlərinə konkret tapşırıqlar verilmişdi. Lakin aradan keçən bu müddət ərzində biz Ermənistan tərəfindən hansısa operativ hərəkətləri müşahidə etmədik. Əksinə, ənənəvi siyasətə uyğun olaraq rəsmi İrəvan prosesi yavaşlatmaq və yaxud da əngəlləməklə məşğul oldu. Bütün olanlara baxmayaraq, belə bir görüşün baş tutma ehtimalı olduqca yüksəkdir. Təbii ki, görüş baş tutarsa, o zaman müzakirə olunacaq kifayət qədər mövzu da olacaq. Bunu isə sülh prosesində irəliyə doğru atılmış addım kimi dəyərləndirmək olar. Hər dəfə bu cür görüşlərdən sonra kiçik də olsa nəticələr əldə olunur. Xatırladaq ki, bir neçə gün öncə Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə yaradılmış dövlət komissiyalarının növbəti görüşü keçirildi. Burada artıq konkret qərar qəbul olundu və prosesin haradan başlayıb, hansı istiqamət üzrə davam edəcəyi ilə bağlı razılaşma əldə olundu. Bu baxımdan, əgər belə bir görüş baş tutarsa, əlbəttə ki, bu, proseslərə müsbət təsir göstərəcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2025    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi