lider-media.az

Politoloq: “İrəvan Moskva ilə iqtisadi bağları saxlamağa çalışır”

Baxış: 107 Tarix: 21-01-2025, 23:00


“Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya səfər edib. ABŞ ilə strateji tərəfdaşlıq sazişindən sonra Mirzoyanin Moskvaya səfərində əsas məqsəd Ermənistanın Rusiya ilə iqtisadi əlaqələrini qoruyub saxlamaqdır”.

Lider-media.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.


“Nikol Paşinyan Rusiya ilə əlaqələri ona görə qoruyub saxlayır ki, Donald Tramp prezident kimi Ermənistan-ABŞ arasında strateji saziş üzrə hansı qərar verəcəyini gözləyir. Rusiya rəhbərliyi də D. Tramp prezident seçilməsindən sonra, Yerevan və Vaşinqton arasında münasibətlərin aşağı səviyyəyə düşməsini gözləyir. Ona görə də Ermənistanla münasibətləri inkişaf etdirməyi və öz nəzarətində saxlamağı hədəfləyir. 

D. Tramp Ermənistana dövlət yardımlarinı dayandıracaq. Ona görə də Ermənistan Rusiya ilə iqtisadi əlaqələri qorumağa çalışır. Ermənistana ABŞ ciddi siyası və iqtisadi dəstəyi olmasa, Ermənistan hakimiyyəti Rusiya ilə problemlərə getməməyə üstün tutacaq. Ötən il ikitərəfli münasibətlərdə ciddi problemlər olub”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi