lider-media.az

Prezident İlham Əliyev Davosda “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb

Baxış: 97 Tarix: 21-01-2025, 20:43

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Davosda qarşı tərəfin müraciəti əsasında “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen ilə görüşüb. Yakob Aarup-Andersen rəhbərlik etdiyi şirkətin Azərbaycanda uğurlu fəaliyyətinə toxunaraq, ölkəmizdə mövcud olan investisiya mühitindən razılığını ifadə etdi, xüsusilə mülkiyyət hüquqlarının qorunması istiqamətində Azərbaycanın xarici investorlara təqdim etdiyi çərçivəni yüksək qiymətləndirərək, yaradılmış şəraitə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.

“Carlsberg Group”un ölkədə istehsal olunan məhsullarının lokallaşdırılma səviyyəsinin artırılması və şirkətin Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi ilə bağlı niyyəti barədə dövlətimizin başçısına məlumat verildi.

Görüşdə “Carlsberg Group” şirkəti ilə əməkdaşlıq məsələlərinə toxunuldu.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi