lider-media.az

Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib

Baxış: 579 Tarix: 21-01-2025, 19:17

Yanvarın 21-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa başsağlığı məktubu ünvanlayıb.

Parlamentin sədri Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insan tələfatı ilə əlaqədar TBMM-in sədrinə və deputatlarına, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adından və Milli Məclisin deputatları adından dərin hüznlə başsağlığı verib, həlak olanlara Allahdan rəhmət diləyib, xəsarət alanlara şəfa arzularını ifadə edib.

Xatırladaq ki, Türkiyənin Bolu bölgəsinin Kartalkaya xizək mərkəzində hoteldə yanğın baş verib. Hadisə nəticəsində 66 nəfər ölüb, 51 nəfər yaralanıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi