lider-media.az

İmişlidəki qəzada yaralanan məktəbli Bakıda müalicə edilir

Baxış: 272 Tarix: 21-01-2025, 14:49

imislideki-qezada-yaralanan-mektebli-bakida-mualice-edilir

İmişlidə baş verən qəzada yaralanan məktəbli Məhbubə Əlizadə Yeni Klinikada müalicə olunur. Bu barədə İmişli - Saatlı seçki dairəsindən millət vəkili seçilmiş Səyyad Salahlı məlumat yayıb. O, azyaşlını müalicə edildiyi xəstəxanada ziyarət edib.

S.Salahlı paylaşımında bildirib ki, məktəblinin atası Səbuhi Əlizadə ilə birlikdə getdiyi klinikada azyaşlının müalicə prosesi ilə də  maraqlanıb.

Xatırladaq ki, yanvarın 18-də xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində baş verən qəzada 2 məktəbli vəfat edib, 2-si isə ağır xəsarət alıb. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi