Meymunçiçəyi infeksiyasına yoluxma riski çoxsaylı cinsi partnyorları olan şəxslər, xəstə insanın açıq yara möhtəviyyatı ilə tamlığı pozulmuş dəri səthi olan insanlarda, immunçatışmazlığı olan şəxslərdə daha yüksəkdir.
Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov deyib.O bildirib ki, virusa yoluxma xəstə heyvan, insan və ya virusa bulaşmış materiallarla təmas yolu ilə baş verir: "Viruslar bədənə zədələnən dəri, respirator yollar və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Yoluxma ehtimalı xəstə insanla cinsi əlaqə ilə də baş verə bilər. Heyvandan insana ötürülmə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla baş verir".Təyyar Eyvazov qeyd edib ki, xəstəlik əksər sağlam insanlarda yüngül keçir və qısa müddətdə sağalma ilə nəticələnir: "Xəstəliyi kiçik yaşlı uşaqlar, hamilə qadınlar, müxtəlif səbəblərdən immun çatmazlığı, o cümlədən ağır xroniki xəstəliyi olan və ahıl yaşlı şəxslər ağır keçirə bilər".
İnfeksionist deyib ki, M.pox infeksiyası 5-21 gün gizli dövrdən sonra başlayır: "Xəstələrdə ilk günlərdə qızdırma, şiddətli baş ağrısı, limfadenopatiya,(adətən qızdırma ilə eyni vaxtda başlyır, bir və ya ikitərəfli olur, qulaqətrafı, aksilyar, boyun və qasıq limfa düyünləri cəlb olunur, bel və əzələ ağrıları, güclü asteniya, daha az hallarda boğaz ağrısı, öskürək,asqıraq, mədə-bağırsaq əlamətləri -disfagiya, qusma, diareya görünür. Hərarət və digər prodromal əlamətlər adətən səpkilərin görünməsi ilə zəifləyir. Dəri səpgiləri adətən qızdırma başlandıqdan sonra 1-3 gün ərzində müşahidə edilir. Səpkilər gövdədən daha çox üz və ətraflarda cəmləşir ( üzdə (95% ), ovuclara və ayaq altlarına (75%), ağız boşluğunun selikli qişaları (70%), cinsiyyət orqanları (30%), konyunktiva (20%), buynuz qişanın zədələnməsi rast gəlinir. 10 gün ərzində səpkilərin təkamülü ardıcıl olaraq aşağıdakı mərhələləri keçir: Çəhrayı rəngli makulalar, papulalar, vezikulalar (qovuqcuq) 2-5 mm ölçüdə, qaşınan, pustullar (sudurcuq), qartmaqlar, çapıq. Səpki az saylı və ya bir neçə minə qədər ola bilər. Ağır hallarda, birləşərək dərinin böyük sahəsinin soyulmasına səbəb ola bilər. Meymunçiçəyi adətən 2-4 həftə davam edir, lakin uşaqlarda, immundefisitli şəxslərdə daha uzun çəkə bilər".
İnfeksionist həmçinin virusdan qorunma yollarını da açıqlayıb. O diqqətə çatdırıb ki, hospitalizasiya tələb olunmayan xəstələr evdə izolyasiya olunmalıdırlar: "Meymunçiçəyinə yoluxan insanlar, xüsusən də tənəffüs simptomları (məs., öskürək, nəfəs darlığı, boğaz ağrısı) olduqda, tibbi maska taxmalıdır. Bu, hər hansı bir səbəbdən mümkün olmadıqda (məsələn, azyaşlı uşaq), digər ailə üzvləri xəstə ilə təmas zamanı tibbi maskadan istifadə etməlidirlər. Digər insanlarla təmas riskini minimuma endirmək üçün xəstələrin dərisi mümkün qədər örtülməlidir (məs., uzunqol köynək, uzun şalvar və s.). Xəstələr, onlarla təmasda olanlar, xəstələrin paltarları, yataq dəsti ilə və ya kontaminasiya olunmuş materiallarla təmasda olmuş insanlar əl gigiyenasına əməl etməli və spirt əsaslı əl dezinfektantlarından istifadə etməlidirlər. Xəstənin yataq dəstləri, dəsmalları, paltarları çırpılmadan standart paltaryuyan maşında və istənilən yuyucu vasitə ilə yuyula bilər. Xəstənin yemək qabları qabyuyan maşında və ya əl ilə ilıq su və istənilən qabyuyan vasitə ilə yuyula bilər. Çirklənmiş səthlər təmizlənməli və dezinfeksiya edilməlidir".
Təyyar Eyvazov meymunçiçəyi ilə suçiçəyi xəstəliyi arasındakı fərqlərdən danışıb. O əlavə edib ki, suçiçəyi üçün limfadenopatiya səciyyəvi deyil: "Səpkilər, əvvəlcə başın tüklü hissəsində, dərhal sonra gövdədə kiçik qırmızı papulalar olaraq əmələ gəlir, gözyaşı damlası şəkilində vezikulaya çevrilir. Elementlər daha çox mərkəzdə cəmləşir, meymun çiçəyi zamanı isə üz və ətraflarda olur (eləcə də ovucların içində və ayaq altında). Meymun çiçəyindən fərqli olaraq elementlər daha səthi olurlar və asanlıqla partlayırlar. Elementlər 3 gün boyunca çıxmağa davam edir. Səpki polimorfdur. Səpki çox qaşıntılıdır. Qartmaq düşdükdən sonra keçici pigmentasiya qalır. Vezikula və pustula möhtəviyyatının PZR müayinəsində su çiçəyi virus aşkarlanır".
Qeyd edək ki, Azərbaycanda meymunçiçəyinə ilk yoluxma halı aşkarlanıb.

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Azərbaycana meymunçiçəyi virusunun müayinəsi üçün testlər və xəstəliyə qarşı lazımi dərman preparatları gətirilib
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?