Xalqımızın qəhrəmanlıq səhifəs
Xalqımızın qəhrəmanlıq səhifəsi olan 20 Yanvar günündə istiqlaliyyəti uğrunda əzmlə çarpışmış, qurbanlar vermişdir. O müdhiş gecəni hər zaman xatırlayır, həmin faciənin ağrı-acısı ilə yaşayır, bu xəyanətin və vəhşiliyin səbəbkarlarını lənətləyir, azadlıq qurbanlarının əziz xatirəsini böyük ehtiramla yad edilir.
Təəssüf ki, xalqımızın başına gətirilən bu müdhiş faciə barədə o zaman dünya birliyi, beynəlxalq aləm xəbərsiz idi. İkiüzlü Qorbaçov rejimi xalqımıza qarşı qanlı terror aktı törətməklə yanaşı, həm də Azərbaycanı informasiya blokadasına almış, haqq səsimizi boğmağa çalışmışdı.
Belə bir ağır məqamda ulu öndər Heydər Əliyev hadisəyə dərhal münasibət bildirmiş, həyatını təhlükədə qoyaraq Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək, orada xalqın düçar olduğu faciənin əsl mahiyyətini bütün dünya ictimaiyyətinə çatdırmışdır. Dünyanın ən nüfuzlu informasiya vasitələri də məhz Heydər Əliyevə istinad edərək faciə barədə məlumatlar yayırdılar. O zaman yalnız ümummilli liderimiz Heydər Əliyev siyasi iradə nümayiş etdirərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlmiş və SSRİ rəhbərliyinin törətdiyi bu cinayəti qətiyyətlə ittiham edərək bəyanatla çıxış etmişdir.
Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşmiş, haqsızlıqlarla qarşılaşmışdır. Xalqımızın başına gətirilən bu müdhiş faciə barədə o zaman dünya birliyi, beynəlxalq aləm xəbərsiz idi. İkiüzlü Qorbaçov rejimi xalqımıza qarşı qanlı terror aktı törətməklə yanaşı, həm də Azərbaycanı informasiya blokadasına almış, haqq səsimizi boğmağa çalışmışdı.
Ulu öndər Heydər Əliyev demişdir: “Bizim xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki o, ayrı-ayrı insanlara edilən təcavüz deyildi, bu, bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz idi və bizim xalqımıza qarşı soyqırım idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır, onlar millətimizin qəhrəmanlarıdır”.
Azərbaycan rəhbərliyinə qayıdışdan sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə bu tarixi cinayətə 1994-cü il mart ayının 29-da lazımi hüquqi-siyasi qiymət verilmiş, hadisənin bədnam iştirakçılarının adları açıqlanmışdır. Məhz ulu öndərimizin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, onların ailələrinə dövlət qayğısının gücləndirilməsi məqsədilə tədbirlər görülmüşdür. Onun səyləri ilə bu hadisələrin qurbanlarına və onların ailələrinə maddi, mənəvi yardım göstərilməsi haqqında qərarlar qəbul edilmişdir.
Bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla yad edir, onların igidliyini yüksək qiymətləndirir. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qorumalı, ümummilli Liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik.
Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir. Eləcə də hər il faciə günü Bakı vaxtı ilə saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir. “Bu faciəni heç vaxt unutmayacağam”-deyə hadisə şahidi uzun illər tanıdığım Ağami Abbasovun söylədiklərindən:”Həmin gün sanki hər yer dağılırdı. Susmayan atəş səsləri, gülləbaran. 20 yanvar günü yoldaşım iş yerində növbədə idi. Hamı çaşqınlıq içərisində idi. İndiki kimi o vaxti insanların bir-birilə ünsiyyət vasitəsi olan telefonlar yox idi. Açığını etiraf edim ki, nə edəcəyimi özüm də bilmirdim. Yoldaşımın dalınca getmək üçün evdə övladları kimə tapşırım gedim? Söz gəzirdi ki, evlərə də hücum gözlənilir. Qorxu və narahatlığım getdikcə artırdı. Hamı bir birindən xəbərsiz idi. Necə deyərlər, hamı öz hayında idi. Əhali arasında da müxtəlif söz-söhbətlər dolaşırdı. Qonşularımızdan biri bildirdi ki, şəhərdə xeyli sayda insan tələfatı və yaralı var. Toplaşıb şəhərin mərkəzinə getmək istəyirdik ki, bir anlığa hər yerin zülmətə qərq olduğunu gördük. Amma yolumuzdan dönmədik. Üzümüz Azadlıq meydanına idi. Amma hər tərəfdə tankların hərəkətini gördük. İndiki Təbriz küçəsinə yol aldıq. İşıq saçan güllələrin atıldığını gördük. Mən xalqın bir yerdə toplaşaraq ölümün üstünə neçə getdiklərinin şahidi oldum.O günləri xatırlamaq olduqca çətin və qürurludur. Neçə-neçə oğul-qızlarımız bu faciənin qurbanı oldu. Hər il Şəhidlər xiyabanını nəvələrimlə ziyarət edir, onlara bu haqda ətraflı danışıram”.
Sözsüz ki, Qanlı 20 Yanvar faciəsi xalqımızın yenilməz əzmkarlığını, mütəşəkkilliyini, mətanətini, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir. 20 Yanvarın Azərbaycanın tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq salnaməsi kimi böyük əhəmiyyəti var. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Vətənin azadlığı, suverenliyi uğrunda özlərini qurban verən şəhidlərin xatirəsi həmişə qəlbimizdə yaşayacaq.