lider-media.az

“Xalq yazıçısı Mehdi Hüseyn - 115” adlı kitab sərgisi açılıb

Baxış: 295 Tarix: 27-03-2024, 10:46

Milli Kitabxanada Xalq yazıçısı Mehdi Hüseynin 115 illiyi münasibətilə kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, “Xalq yazıçısı Mehdi Hüseyn - 115” adlı sərgidə yazıçının əsərləri yer alıb. Həmçinin, dünya ədəbiyyatından tərcümələri və redaktə etdiyi, haqqında yazılmış kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunub.

İctimai dövlət xadimi, şərəfli ömrünü vətəninə və xalqına həsr edən əbədiyaşar yazıçı 1909-cu il martın 22-də Qazax rayonunun II Şıxlı kəndində ziyalı ailəsində anadan olub.

Mehdi Hüseyn ədəbiyyat və mədəniyyətimizi sənət inciləri ilə zənginləşdirən, əsərlərində bəşəri fikir və ideyaları əks etdirən istedadlı sənətkardır. “Daşqın”, “Kin”, “Fəryad” kimi povestlərin, “Tərlan”, “Abşeron”, “Qara daşlar”, “Səhər”, “Yeraltı çaylar dənizə axır” adlı romanların müəllifidir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi