lider-media.az

Sülh müqaviləsinin imzalanmağına çox az qalıb - politoloqdan İDDİA

Baxış: 130 Tarix: 18-01-2025, 23:52

 


“Hakan Fidan Ermənistanla sülh müqaviləsinin bağlanmasınin tezləşdirilməsi üçün Bakıya gəlib”. 

Lider-media.az xəbər verir ki, bunu Məhəmməd Əsədullazadə deyib. 

“Türkiyə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını bir neçə aya yekunlaşdırılmasinı istəyir.  Ankara Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsini, sərhədlərin delimitasiya və demarkasiya komissiyasının yaradılması və bu  istiqamətdə həyata keçirilən real işləri sülh üçün təməl baza kimi qəbul edir. Həmçinin "Zəngəzur" dəhlizinin açılması ilə bağlı Ermənistanla danışıqlar apararaq növbəti mərhələdə açılmasına nail olunacağını vurğulayır. 

Rəsmi Ankara Ermənistan və Azərbaycandan sülh prosesini uzada biləcək əlavə şərtlərin irəli sürməsini qəbul etmir. Məhz Hakan Fidan sülh müqaviləsinin bağlanması və digər şərtlərin irəli sürülməməsi üçün Azərbaycanla danışıqlar aparmaq üçün Bakıya gəlib. Azərbaycan və Ermənistan arasında 17 bəndlik sülh müqaviləsinin mətni hazırlanıb. Mətnin 15 bəndi razılaşdırılıb. Yəni, sülh mətnin 90% razılaşdırılıb. Ankara iki bənd razılaşdırılmaqla, qısa bir vaxtda sülhün əldə edilməsini istəyir. 

Azərbaycan tərəfindən son günlərdə bir neçə şərtlər irəli sürülüb. Həmçinin Ermənistanda əlavə şərtlər irəli sürüb. Amma, Türkiyə mövcud reallıqlara uyğun davranmağı tövsiyə edir. Türkiyə XİN rəhbəri Hakan Fidan Bakıdan əliboş qayıtmayacaq. Yaxın perspektivdə sülh istiqamətində ciddi addımlar mümkündür. 
Türkiyə Ermənistanla sərhədlərini açmaq istəyir”. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi