lider-media.az

Vəkillər Kollegiyasının rəhbərliyi vətəndaş qəbulu keçirib

Baxış: 135 Tarix: 18-01-2025, 12:11

Yanvarın 17-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə vətəndaş qəbulu keçirilib.

ARVK-nın binasında Bakı və rayonlarından qəbula gələn vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib, hər biri qeydiyyata alınıb.

Qəbulda vətəndaşlar tərəfindən qaldırılan hüquqi problemlərinin həlli yolları müzakirə edilib, lazımi məsləhətlər verilib, habelə sədr məsələlərin bir qisminin həlli üçün tapşırıqlar verib, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb. 

Xatırladaq ki, ARVK-da vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində effektiv tədbirlərin görülməsi davam etdirilir. Kollegiya sədri Anar Bağırovun qəbuluna yazılmaq istəyən vətəndaşlar ARVK Aparatına müraciət edə bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi