lider-media.az

Səhiyyə Nazirliyi Zəngilan rayonunda əhali üçün səyyar müayinələr təşkil edib

Baxış: 442 Tarix: 18-01-2025, 11:55

Səhiyyə Nazirliyi işğaldan azad olunan ərazilərdə "Böyük Qayıdış” Proqramı çərçivəsində əhali arasında kompleks tibbi müayinələr, eyni zamanda sağlamlığın təşviqi ilə bağlı maarifləndirici aksiyaların keçirilməsini davam etdirir.

Nazirliyin təşkilatçılığı ilə keçirilən növbəti belə tədbir yanvarın 17-də baş tutub. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti, o cümlədən artroloq, nevroloq, qastroenteroloq, fizioterapevt-reabilitoloq və tibb bacıları tərəfindən Zəngilan rayonun Ağalı kəndində əhali üçün səyyar müayinələr keçirilib.
Aksiya çərçivəsində Ağalı kəndinin sakinləri arasında nevroloji, artroloji, qastroenteroloji, fizioterapevtik reabilitasiya istiqamətlərində müayinələr aparılıb. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi