İsveçrənin Cenevrə şəhərində səfərdə olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədovun rəhbərliyi ilə AHİK nümayəndə heyəti Beynəlxalq Əmək Təşkilatında (BƏT) bir sıra görüşlər keçirib.
BƏT-in Avropa və Mərkəzi Asiya üzrə regional direktoru xanım Beate Andrees, İşçilərin fəaliyyəti bürosunun (BƏT-ACTRAV) direktoru xanım Maria Helena Andre, eləcə də qurumun digər rəhbər şəxsləri ilə görüşlərdə iki qurum arasında əlaqələrdən, həyata keçirilən birgə layihələr və tədbirlərdən danışılıb, 2025-2026-cı illər üzrə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Görüşlərdə Konfederasiya sədri Azərbaycan vətəndaşının əmək hüquqlarının qorunmasının dövlət siyasətinin prioritetlərindən olduğunu vurğulayıb, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının müdafiəsi, sağlamlığının qorunması, müalicə və istirahətinin təşkili üçün görülən işlər və göstərilən xidmətlər, tətbiq olunan yeniliklər barədə məlumat verib. Müstəqilliyinin ilk illərindən Azərbaycanın BƏT-ə üzvlüyünü, təşkilatın işçi hüquqları ilə bağlı 59 konvensiyasının ölkəmizdə ratifikasiya olunduğunu qeyd edən Konfederasiya sədri hazırda “Sosial təminat (minimum standartlar)” Konvensiyasının ratifikasiyasına hazırlıq işlərinin görüldüyünü diqqətə çatdırıb. Bildirilib ki, AHİK və üzv təşkilatları əmək şəraitinin davamlı olaraq yaxşılaşdırılması və işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə BƏT ilə sıx əməkdaşlıq edir, AHİK nümayəndələri təşkilatın sessiyalarında, aparılan müzakirələrdə fəal iştirak edirlər. BƏT-in dəstəyi ilə Bakıda və ölkəmizin regionlarında hər iki qurumun ekspert və nümayəndələrinin iştirakı ilə 40-dan çox seminar, konfrans və dəyirmi masa keçirilib.
Görüşlərdə həmçinin AHİK tərəfindən “BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri 2015-2030-cu illər Gündəliyi - Həmkarlar ittifaqlarının davamlı inkişafını təşviq etmək üçün inkişaf strategiyası”nın qəbul olunduğu, eləcə də AHİK-in BƏT tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilmiş iki prioritet həmkarlar ittifaqından biri olduğu vurğulanıb.




Bununla yanaşı, BƏT-in dəstəyi ilə işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi və sosial problemlərinin həlli ilə bağlı 10-dan çox maarifləndirici vəsait, həmçinin “2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirmək üçün Azərbaycanda görülən tədbirlərin nəzərdən keçirilməsi və qiymətləndirilməsi dövrünə dair hesabat” nəşr olunub.
BƏT-də keçirilən görüşlərdə “yaşıl iqtisadiyyata” keçid, bu prosesdə ədalət prinsipinin qorunmasının əhəmiyyətindən və bu sahədə həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələrdən də bəhs olunub, ötən ilin noyabrında Azərbaycanda keçirilən COP29-da qəbul edilən qərarların həmkarlar ittifaqları üçün əhəmiyyəti vurğulanıb. AHİK nümayəndə heyəti həmçinin BƏT-lə imzalanması nəzərdə tutulan “2025-2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın təsdiq edilməsinin sürətləndirilməsini xahiş edib.
BƏT nümayəndələri qurumun konvensiya və tövsiyələrinə Azərbaycan həmkarlar ittifaqlarının önəm verdiyini, tərəfdaşlığın daha da genişlənəcəyinə əminliklərini vurğulayıblar.
Tərəflər 2025-2026-cı illər üçün əməkdaşlığa, o cümlədən əməyin təhlükəsizliyi, sosial dialoq, əmək prosesində qadınların və gənclərin hüquqlarının artırılması və “yaşıl” iş yerlərinin yaradılmasının təşviqi barədə müzakirələr aparıb, səslənən təkliflər barədə fikirlərini bildiriblər.


AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başlayıb
AHİK sədri qurumun Əmək və Sоsial Münasibətlər Akademiyasında tədrisin vəziyyəti ilə maraqlanıb
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Ağbulaq” İstirahət Mərkəzinə baxış olub
AHİK Zəfər Günü münasibətilə bayram tədbiri keçirib
BHİK Baş katibinin müavini Erik Manzi “Buzovna” Fizioterapiya Mərkəzində olub
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb