lider-media.az

Bilal Ərdoğan: Arzu edirəm ki, dünyada heç bir mədəniyyət məhv olmasın

Baxış: 21245 Tarix: 16-08-2025, 19:32

Arzu edirəm ki, dünyada heç bir mədəniyyət məhv olmasın. Bu sözləri Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan Göygöl rayonunda keçirilən IV Milli Yaylaq Festivalında jurnalistlərə müsahibəsində deyib. "Ənənəvi idman növlərini inkişaf etdirək ki, milli kimliyimizi qoruya bilək. Hər kəs öz mədəniyyətini yaşatsın, eyni səviyyədə olsun. Yaylaq festivalında fərqli mədəniyyətlərdən olan insanları görmək çox sevindirici məqamdır. Biz də 10 ildir Dünya Etnoidman Konfederasiyası olaraq mədəniyyətlərin məhv olmaması üçün çalışırıq. Bu yolda daim öz dəstəyini göstərən Prezident İlham Əliyevə təşəkkür edirəm", - deyə o əlavə edib.

Qeyd edək ki, 4-cü Milli Yaylaq Festivalı “Cavad xan” Tarix və Mədəniyyət Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Göygöl Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi, KOBİA, Dövlət Turizm Agentliyi və Bakı Şəhər Halqası ƏŞ-nin dəstəyi ilə keçirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi