lider-media.az

Xankəndidə 20 Yanvar faciəsi qurbanları anılıb

Baxış: 177 Tarix: 17-01-2025, 09:51

Xankəndi şəhər Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbdə 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı tədbir keçirilib.Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, 20 Yanvar faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Cəmilə Əhmədova 1990-cı il yanvarın 20-də törədilmiş faciədən, sovet qoşunlarının Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən, Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən həmvətənlərimizin mübarizliyindən danışıb. Bildirib ki, 35 il keçsə də törədilən vəhşilik öz tarixi mahiyyətini itirmir. Bu gün hüzn günü yox, qürur günü, bir xalqın varlığını təsdiqləyən şərafət günüdür. Qan yaddaşımıza əbədi həkk olunan 20 yanvar tarixi, həm də Azərbaycanın sonrakı taleyində ciddi dönüş oldu. Bu faciədən sonra Azərbaycanda sovet imperiyası bütün dayaqlarını itirdi, ölkənin müstəqillik ideyası ümummilli amala çevrildi.

Tədbirdə məktəbin şagirdləri “Axı biz neyləmişdik?” adlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi