Vasili Əhməd oğlu Əliyev 15 yanvar 1959-cu ildə Azərbaycanın dilbər guşələrindən olan, atlas geyimli dağlar qoynunda yerləşən Qubadlı rayonunda dünyaya göz açmışdır.İdmanı çox sevirdi. Məhəllə uşaqları arasında keçirilən futbol yarışlarında bacarıqlı hücumçu kimi məşhurlaşmışdı. Vasili ilin yaz və yay aylarında həmişə təbiətin qoynunda olardı. Nəğməli dağ çaylarının sahillərini qarış-qarış gəzir, ətirli güllərdən dəstələr düzəldir, qıy vuran qartallara, sıldırımlı qayalıqlara baxmaqdan zövq alardı Vasili.

Vasili Əliyev 1966-cı ildə birinci sinfə getmiş, 1976-cı ildə orta məktəbi müvəffəq qiymətlərlə başa vurmuşdur. 1977-ci ildə valideynlərinin xeyir-duası ilə ordu sıralarına yollanmış, əsgəri xidmət dövründə hərbi texnikanın sirlərini mükəmməl öyrənmişdir. Daxili qoşunlarda xidmət etməsi Vasilinin polisə olan həvəsini daha da artırmışdı. İctimai asayişin keşiyində durmaq onun yeganə arzusu idi.Vasili ordudan tərxis olunduqdan sonra onu mühafizə bölməsinə gözətçi kimi işə qəbul etdilər. 1980-ci ildə isə rayon Daxili İşlər Şöbəsində polis nəfəri kimi işə başladı. O, nümunəvi fəaliyyəti ilə hamının hörmətini qazandı. Əla xidmətinə görə Daxili İşlər Nazirliyi Vasili Əliyevi "Polis əlaçısı" döş nişanı ilə təltif etdi.Erməni quldurları tarixən türk xalqlarına qarşı düşmənçilik mövqeyində durmuş, öz mənfur əməllərini həyata keçirmişlər. XX əsrin 90-cı illərinin əvvəllərində erməni şovinistləri yenidən Azərbaycanın ərazi bütövlüyünü pozmağa cəhd göstərdilər. Şəhər, qəsəbə və kəndlərimiz atəşə tutuldu, günahsız insanlar qəddarlıqla qətlə yetirildi, yaxud ağır işgəncələrə məruz qaldı. Vətənin dar günündə polis işçisi Vasili Əliyev cəbhəyə, odlu səngərlərə üz tutdu.
Vasili 1989-cu ildə Qafan rayonunun Novruzlar kəndi yaxınlığındakı yüksəklikdə qurulmuş düşmən toplarının məhv edilməsində şəxsi igidlik göstərdi. Bu cəsurluq Vasilinin şöhrətini daha da artırdı. Vasili daha sonra Seytas, Novlu və Yuxarı Cibikli kəndlərinin müdafiəsində də mərdliklə vuruşdu, döyüş yoldaşlarının mühasirədən çıxarılmasında məharət və fədakarlıq göstərdi.
...1992-ci il oktyabrın 19-u. Hərbçilərlə birlikdə polis işçiləri də Qaraqaya yüksəkliyi uğrunda döyüşə başladılar. Ağır döyüş uğurla başa çatdı. Qələbədən ruhlanan döyüşçülərimiz oktyabrın 20-də Topağac yüksəkliyini azad etmək üçün hücuma keçdilər. Vasili öz dəstəsi ilə düşmənin arxasına keçərkən mühasirəyə düşdü. Cəsur polis işçiləri mühasirəni yarmağı və son nəfəsədək vuruşmağı qərara aldılar. Onlar ermənilərin xeyli canlı qüvvəsini məhv etdilər. Ancaq bu Vasili Əliyevin və onun dəstəsinin son döyüşü oldu. Onlar Vətən yolunda canlarından keçdilər və əbədiyyətə qovuşdular. Vasilinin son mənzili Qubadlı rayonundakı Şəhidlər xiyabanı oldu. Qəhrəman döyüşçünün iki övladı yadigar qaldı.
Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli Fərmanı ilə Vasili Əliyev ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.Qubadlı Rayon Mədəniyyət Evi və Diləli-Müskanlı kənd orta məktəbi polis işçisi, qəhrəman döyüşçü Vasili Əliyevin adını daşıyır.


ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezidentin müsahibəsinin TAM MƏTNİ
Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyevin andiçmə mərasimi keçirilib
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb