lider-media.az

Özünüməşğulluq proqramının fəaliyyət sahələri üzrə zərflər siyahısına yeni istiqamətlər əlavə edilib

Baxış: 114 Tarix: 15-01-2025, 19:24

İşsiz və işaxtaran şəxslərin diqqətinə!

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən icra olunan özünüməşğulluq proqramının əhatə etdiyi iqtisadi fəaliyyət sahələri üzrə zərflər siyahısına bir sıra yeni istiqamətlər də əlavə olunub. 

Siyahıya: 
•    “Qəssab dükanı”, 
•    “Kotançılıq”, 
•    “Özünəxidmət avtoyuma”, 
•    “Avtodəmirçi və PDR (zədələrin boyasız təmiri) xidmətləri”, 
•    “Avtorazval xidmətləri” 
istiqamətləri də daxil edilib.  

İşsiz və işaxtaran şəxslər həmin sahələr üzrə də özünüməşğulluq proqramına müraciət edə və proqramın dəstəyi ilə bu sahələrdə öz kiçik bizneslərini qura biləcəklər.

Beləliklə, hazırda proqram çərçivəsində iştirakçılara kənd təsərrüfatı və istehsal-xidmət yönümlü 32 iqtisadi fəaliyyət sahəsi üzrə zərf təqdim edilir.

Həmçinin, proqram çərçivəsində təklif edilən digər zərflərin tərkibində dəyişiklik edilərək onlar daha da təkmilləşdirilib.

Özünüməşğulluq proqramı çərçivəsində təklif edilən biznes sahələri və avadanlıqların siyahısı ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:https://dma.gov.az/fealiyyet/funksional-istiqametler/ozunumesgulluq 

 Özünüməşğulluq proqramının fəaliyyət sahələri üzrə  zərflər siyahısına yeni istiqamətlər əlavə edilib


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi