lider-media.az

Gəncənin ərazisində qanunsuz küçə ticarəti ilə məşğul olanlara qarşı həyata keçirilən tədbirlər davam etdirilir

Baxış: 23 Tarix: 15-01-2025, 11:02

WhatsApp Image 2025-01-14 at 14.28.35 (1).jpeg

Məlum olduğu kimi, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə yaradılan “İşçi qrupları” tərəfindən pərakəndə ticarət hallarının geniş yayıldığı ərazilərdə reydlər keçirilir, aşkar edilmiş neqativ halların qarşısının alınması məqsədi ilə qanunamüvafiq tədbirlər görülür.

Gəncə Şəhər İcra Hakimiyyəti və Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları bu dəfə şəhərin Ş.İ.Xətai prospektində, M.Xələfov, Azərbaycan Bayrağı və Ü.Hacıbəyli küçələrində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərlə maarifləndirici və izahedici söhbətlər aparıblar.

Aparılan izahedici söhbətlərə və edilən xəbərdarlığa məhəl qoymayan şəxslər barəsində isə Azərbaycan Respublikasının “İnzibati xətalar məcəlləsinin” 454-cü maddəsinə uyğun olaraq protokollar tərtib edilib, səki və yol kənarlarında qurulan pərakəndə ticarət obyektlərinin yığışdırılması təmin olunub. Yığılan məhsullar, qanunamüvafiq qaydada akt tərtib edilərək, aidiyyəti üzrə təhvil verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi