lider-media.az

Göyçayda narkotikin təsiri altında sərnişindaşıma ilə məşğul olan sürücü həbs olunub

Baxış: 253 Tarix: 15-01-2025, 08:24

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusun sürücüsü yol hərəkəti qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib. 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, yoxlama zamanı sürücü Murad Əfəndiyevin narkotik vasitədən istifadə etməsinə əsaslı şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçməsi təmin edilib. Nəticədə həmin şəxsin marixuana istifadə etdiyi müəyyənləşib. 
 Məhkəmənin də qərarı ilə M.Əfəndiyevin sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla 30 gün inzibati həbs olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi