lider-media.az

MEK-in tərtibatında akademik Vaqif Fərzəliyevin biblioqrafik göstəricisi çapdan çıxıb

Baxış: 109 Tarix: 14-01-2025, 17:13

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) tərtibatında akademik Vaqif Fərzəliyevin elmi işlərinin biblioqrafik göstəricisi çapdan çıxıb.Nəşr neft kimyası və üzvi kimya sahəsində görkəmli alim, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenli  V.Fərzəliyevin 85 illik yubileyi münasibətilə AMEA Rəyasət Heyətinin qərarına əsasən tərtib olunub. Biblioqrafik göstəricidə alimin həyatının əsas tarixləri, elmi, pedaqoji, elmi-təşkilati və ictimai fəaliyyəti haqqında oçerk verilib. Vəsaitə V.Fərzəliyevin aşqarların təsir mexanizminin və aşqarlar kimyasının digər nəzəri məsələlərinin öyrənilməsi sahəsində apardığı elmi-tədqiqat işlərinin ən mühüm nəticələri, həmçinin doktorantlara və dissertantlara elmi rəhbərliyi və elmi fəaliyyətinə dair məlumatlar daxil edilib.

Nəşrin elmi redaktorları akademik Dilqəm Tağıyev və MEK-in direktoru, tex.e.d. Hüseyn Hüseynovdur, redaktorları Biblioqrafiya şöbəsinin müdiri fil.ü.f.d. Aytən Əliyeva, Elmi biblioqrafiya sektorunun rəhbəri Nərgiz Novruzova, tərtibçiləri k.ü.f.d., dosent Mehparə Səfərova, tex.e.d., dosent Yulduz Ramazanova və şöbənin əməkdaşı Türkan Vahidovadır.Vəsait kimya üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələr üçün dəyərli elmi mənbədir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi