lider-media.az

Yanvarın 15-də gözlənilən hava şəraiti

Baxış: 10 Tarix: 14-01-2025, 13:57

Bakıda və  Abşeron yarımadasında

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var.Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-8° isti olacaq.Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək.Nisbi rütubət 70-80 % olacaq. 

Azərbaycanın rayonlarında

Əksər rayonlarda əsasən yağmursuz. Lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı  gözlənilir. Bəzi yerlərdə  arabir duman. Qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-7° isti olacaq.   


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2025    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi