Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizdə səfərdə olan Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti Mohamed Osman Hacı Əli ilə görüşüb.
Konfederasiya sədri Azərbaycan və Somali həmkarlar ittifaqları arasında əlaqələrin qurulması və inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edilib ki, işçilərin rifahı və hüquqlarının qorunması, əmək şəraitinin yaxşılaşdırılması və sosial ədalətin təmin edilməsi, bu istiqamətdə effektiv nəticələrin əldə olunması üçün həmkarlar ittifaqları arasında əməkdaşlıq və həmrəylik mühüm şərtlərdəndir. Bu baxımdan, görüş təcrübə və fikir mübadiləsinin aparılmasında önəmli olmaqla yanaşı, Azərbaycan və Somali həmkarlar ittifaqları arasında əlaqələrin yaranmasına töhfə verəcək.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və üzv təşkilatlar öz işini müasir tələblər səviyyəsində yenidən qurduğunu diqqətə çatdıran Sahib Məmmədov işçilərin hüquqlarının qorunması, hamı üçün təhlükəsiz iş mühitinin təmin edilməsinin daim diqqət mərkəzində olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasnın reallaşdırdığı layihələr, üzvlərin sağlamlığının qorunması və istirahətinin təşkili istiqamətində son zamanlar tətbiq edilən yeniliklər barədə də məlumat verilib.Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edən Somali Həmkarlar İttifaqları Konqresinin prezidenti Mohamed Osman Hacı Əli qonaqpərvərlik üçün təşəkkürünü bildirib, Somali və Azərbaycan həmkarlar ittifaqları arasında əməkdaşlığın yaradılmasında maraqlı olduqlarını qeyd edib. Mohamed Osman Hacı Əli həmçinin rəhbərlik etdiyi Somali Həmkarlar İttifaqları Konqresinin fəaliyyətindən bəhs edib, azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsinin gələcək fəaliyyətləri üçün faydalı olacağını diqqətə çatdırıb.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.





ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev Forumda iştirak edib YENİLƏNİB
Prezident İlham Əliyev "Media haqqında" qanuna dəyişikliklərlə bağlı Fərman imzaladı
Prezidentin müsahibəsinin TAM MƏTNİ
KMBİ tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxsi saxladı
İstanbulda Zəfər Gününə həsr olunan növbəti tədbir keçirilib
Deputat Pərvanə Vəliyeva seçiciləri ilə görüşüb
Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin yazılı imtahan mərhələsinin keçirilmə tarixi dəyişdirilib
İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb
Bakı–London münasibətlərində yeni strateji mərhələ: tərəfdaşlığın hədəfləri genişlənir
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Azərbaycan Konstitusiyası – müstəqil dövlətçiliyimizin hüquqi təməli
Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidentinin Azərbaycana səfəri ilə bağlı paylaşım edilib VİDEO
COP31 çərçivəsində Antalyada dünyanın ən böyük müasir incəsənət proqramı – COPArt təqdim ediləcək
Birinci vitse-prezident Mehriban Əliyeva Bayraq Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyevin sosial media hesablarında Bayraq Günü ilə bağlı paylaşım olub
Üçrəngli bayrağımızın kölgəsində yazılan Zəfər: Vətən müharibəsinin 44-cü günü – Qələbəyə aparan son döyüş
Professor: " Üçrəngli bayrağımız hər bir azərbaycanlının qürur və iftixar mənbəyidir"
Azərbaycan Prezidenti: Türkiyənin güclü iqtisadiyyatı, siyasi çəkisi bizi çox sevindirir
İlham Əliyev: Heç kimə imkan vermərik ki, Azərbaycanla Türkiyənin arasına girsin
Prezident İlham Əliyev: Dəfələrlə demişəm ki, dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə bağlı olan dövlətlər yoxdu

Erməni deputatlardan əzələ nümayişi
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
Yodun bir damlası, gələcəyin min ümidi
Ürəyin hər döyüntüsü – həyatın bizə bəxş etdiyi ən qiymətli səs
Payızın astanasında: Zamanın böyük dövranı
Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb