Taleh Qaraşov növbəti səyyar görüş-qəbulunu Xanbulan kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib
\
Yanvarın 13-də Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar görüş-qəbulunu Xanbulan kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. İcra başçısı ilə birgə səyyar görüşdə icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq mühafizə orqanlarının rəhbərləri, yerli idarə və müəssisələrin nümayəndələri iştirak ediblər.Taleh Qaraşov bildirib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırığına uyğun olaraq yerlərdə keçirilən səyyar görüşlər vətəndaşla dövlət qurumları arasındakı birbaşa dialoq mühitinin daha da yaxşılaşdırılması, qarşılıqlı inam hissinin gücləndirilməsi, insanların qayğı və problemlərinin yerində dinlənilməsi, operativ və səmərəli qərarların qəbulu baxımından xüsusi önəm daşıyır.
İcra başçısı səyyar görüşlərdə səsləndirilən məsələlərin şəxsi nəzarətində olduğunu qeyd edib. Onun sözlərinə görə, heç bir müraciət diqqətdən kənar qalmır, qaldırılan məsələlərin qanunamüvafiq həlli ilə bağlı vətəndaşa cavablar verilir.Səyyar qəbulda qaldırılan və icra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllilə bağlı yerindəcə göstəriş verilib, yerli icra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlər barədə səlahiyyətli şəxslərə aidiyyəti qurumlara rəsmi müraciətlərin hazırlanaraq göndərilməsi tapşırılıb.Sərbəst, maneəsiz fikir və istəklərini, habelə şəxsi problemlərini dilə gətirən inzibati ərazi dairəsinin sakinləri yerindəcə nəticəyə yönəlik tapşırıq və göstərişlərin verilməsindən məmnunluqlarını ifadə ediblər və yaradılan şəraitə və sosial vəziyyətlərinin yaxşılaşmasına görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını vurğulayıblar.