Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyətinin məsul şəxsləri ilə birgə Şəfəq qəsəbəsində Yaqubov Həsən Hüseyn oğlunun ildönümü ilə əlaqədar ailəsini ziyarət ediblər.
Ziyarət zamanı RİH başçısı Əziz Əzizov şəhidin yaxınlarına baş sağlığı verərək bildirib ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun gücü-qüvvəti hesabına torpaqlarımızın bütövlüyü bərpa olunub. Bu böyük Qələbəni bizə bəxş edən şəhidlərimizin xatirəsi daim yad olunacaq, yaddaşlardan heç vaxt silinməyəcək.Rayon rəhbəri bütün şəhid ailələrinin və qazilərin dövlətimizin başçısı Prezident İlham Əliyevin daim diqqət mərkəzində olduğunu, onların problem və qayğılarınən həll olunmasının başlıca prioriteti olduğunu diqqətə çatdırıb.
Şəhidin ailə üzvləri onun keçdiyi şərəfli döyüş yolundan, vətənpərvərliyindən və döyüş xatirələrindən danışıb, eləcə də onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, Həsən Yaqubov Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Həsən Yaqubov 2021-ci il yanvarın 12-də Xocalı rayonunda avto qəza nəticəsində şəhid olub . Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Həsən Yaqubov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" ,"Füzulinin azad olunmasına görə" , "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və “Vətən uğrunda” medallarıı ilə təltif edilib.