lider-media.az

Ağdam, Füzuli və Xocavənddə bu işlərə ayrılan vəsaitin MƏBLƏĞİ

Baxış: 185 Tarix: 13-01-2025, 19:32

Ağdam, Füzuli və Xocavənddə bu işlərə ayrılan vəsaitin MƏBLƏĞİ

 Ağdam, Füzuli və Xocavənd şəhərlərində təməlqoyma mərasimlərinin təşkili layihələri üzrə müəyyən işlərə başlanılır

Qeyd olunan şəhərlərdə sözügedən layihələr üzrə ərazinin hazır vəziyyətə gətirilməsi üçün torpaq və şaquli planlaşdırma işləri həyata keçiriləcək.

Artıq bununla bağlı Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində hazırlıq işləri yekunlaşıb.

Qurum sözügedən işlərin icrasını “Kontur Arxitektura Layihə-Sənaye” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və müqavilə bağlayıb. Müüqaviləyə əsasən, şirkətə 29,5 min manat ödənilib.

Qeyd edək ki, “Kontur Arxitektura Layihə-Sənaye” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 322 min manat olan QSC-nin qanuni təmsilçisi Sadıqov Rauf Sahib oğludur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi