lider-media.az

Cihangir İşbilir: “Türk dünyasının birləşdiyi möhtəşəm bir gələcəyin ilk addımlarını atırıq”

Baxış: 494 Tarix: 13-01-2025, 15:30

Daima qardaşlıq münasibətlərini möhkəmləndirən Azərbaycanla Türkiyə hər sahədə olduğu kimi, beynəlxalq və diplomatik müstəvidə də sıx əməkdaşlıq edirlər. İki ölkə arasındakı qardaşlıq münasibətləri mövcud əlaqələrin daha da dərinləşməsinə xidmət edir.

Lider-media.az xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Cihangir İşbilir açıqlamasında bildirib.
Türkiyə-Azərbaycan əlaqələrinin dərin köklərə bağlı olduğunu ifadə edən müşavir deyib: “Bizi birləşdirən bağlar çox qüvvətlidir. Biz nə zaman dara düşsək, dərhal bir-birimizin köməyinə qaçırıq. Artıq bir müddətdir ki, Azərbaycandayam. Burada danışılan türkcənin qədim türkcə olduğunu, mədəniyyətin də buradan qaynaqlandığını görürəm. Bizi millət edən məhz dəyərlərimiz və onlar uğrunda mübarizə aparan böyük şəxsiyyətlərdir. Artıq köhnə yox, yeni Türkiyə, yeni Azərbaycan var. Biz bu gün Zəngəzur dəhlizinin açılıb, Türk dünyasının birləşdiyi möhtəşəm bir gələcəyin ilk addımlarını atırıq. Zəngəzur dəhlizi burada həm kilid, həm də açar rolunu oynayır. Şuşadan Şama, Türküstandan Balkanlara qədər yeni Türk dünyası dövrünün başladığını deyə bilərik. Bu baxımdan da, belə bir dəhlizin açılması və bu torpaqların birləşməsi mühüm şərtdir".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi