lider-media.az

DOST RİM Sinqapurda 3 beynəlxalq mükafata layiq görülüb

Baxış: 52 Tarix: 13-01-2025, 15:55

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki  DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) “World Business Outlook” platforması tərəfindən Sinqapurda təşkil edilən müsabiqədə 3 kateqoriya üzrə birincilik əldə edib. 

Mərkəz “Avropanın ən yaxşı rəqəmsal innovasiyalar mərkəzi - 2024”, “Avropanın aparıcı sosial texnologiyalar provayderi - 2024” və “Ən etibarlı sosial texnologiya xidmətləri provayderi -2024” kateqoriyalarında qalib olub. Müsabiqəyə müraciət zamanı DOST RİM-in sosial sahə üzrə rəqəmsal xidmətləri,  nailiyyətləri, həmçinin ölkəmizdə sosial sahədə tətbiq olunan proaktiv həllər barədə məlumatlar təqdim edilib.
Müsabiqədə ölkəmizlə yanaşı, Yaponiya, Çin, Malaziya, İtaliya, Almaniya, Səudiyyə Ərəbistanı, Sinqapur və s. kimi digər ölkələrdən 150-ə yaxın nüfuzlu qurum, o cümlədən bir sıra qlobal şirkətlər iştirak edib. 

“World Business Outlook” qlobal biznes meylləri, iqtisadi proqnozlar və bazar gözləntiləri haqqında məlumat verən hesabat və sorğu platformasıdır. Platforma biznes və maliyyə sektorunda müstəsna nailiyyətlərin, əhəmiyyətli töhfələrin tanıdılması üçün illik əsasda müsabiqələr həyata keçirir.

DOST RİM Sinqapurda 3 beynəlxalq mükafata layiq görülüb


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi