lider-media.az

DİN: Şənbə və bazar günlərində ölkə ərazisində 97 cinayətin açılması təmin olunub

Baxış: 350 Tarix: 13-01-2025, 10:32

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,  yanvarın 11-də və 12-də ölkə ərazisində qeydə alınan 89, əvvəlki dövrlərdən bağlı qalan 8 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 34, o cümlədən borclu şəxs qismində axtarışda olan 21 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Narkotiklərlə əlaqəli 60, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 60 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 98 nəfər saxlanılıb.

Yanvarın 11-də və 12-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 9 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi