lider-media.az

Cəbrayıl şəhidləri--Şəhidlərimizi tanıyaq və tanıdaq

Tarix: Bu gün, 08:57

 

Kəlbalıyev Səyavuş Hümbət oğlu - 1987-ci il oktyabr ayının 16-da Cəbrayıl rayonunun Horovlu kəndində andan olub. İlk təhsilini Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində fəaliyyət göstərən Şuşa şəhər 6 saylı tam orta məktəbində almış Səyavuş 2005-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2009-cu ildə Hərbi Məktəbi bitirdikdən sonra Respublikanın müxtəlif bölgələrində hərbiçi kimi xidmətini davam etdirmişdir. Cəbrayıl-Beyləqan rayonu üzrə kəşfiyyat idarəsinin rəisi idi. Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında mayor Kəlbalıyev Səyavuş Hümbət oğlu 29 sentyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətindəki döyüşlərdə böyük qəhrəmanlıq göstərərək həlak olmuşdur. Peşəkar hərbiçi idi. Sabunçu rayonu Bakıxanov qəsəbəsindəki Şəhidlər məzarlığında dəfn edilmişdir. Ailəli idi, iki övladı yadigar qalıb. Mayor Səyavuş Kəlbalıyev ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə "Azərbaycan Bayrağı" ordeni,  “Vətən uğrunda”, “İgidliyə görə”  və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 

 

 Hacıyev Fərid Təşkilat oğlu - 04 oktyabr 1989-cu ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 2006-cı ildə İ.Quliyev adına B.Mərcanlı kənd tam orta məktəbini bitirmişdir. Vətənə olan sevgisi onu hərbi xidməti bitirdikdən sonra yenidən hərbi xidmətə getməyə sövq edir. Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu kimi Vətənin bölünməzliyi və müstəqilliyi uğrunda gedən İkinci Qarabağ savaşında Hacıyev Fərid Təşkilat oğlu 28 sentyabr 2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək həlak olur. Biləsuvar rayonu ərazisindəki 3 saylı qəsəbədə salınmış Şəhid məzarlığında dəfn edilmişdir. Ailəli idi, iki övladı yadigar qalıb. Peşəkar hərbiçi ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə  “Vətən uğrunda”, "Füzulinin  azad olunmasına görə",  "Xocavəndin  azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

 

 Ataşov Asif Kərim oğlu –10 aprel 2002-ci il tarixdə Abşeron rayonu, Xırdalan qəsəbəsində anadan olub. Əslən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Asif 2008-ci ildə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbinin birinci sinfinə daxil olmuş, 2019-cu ildə həmin məktəbi bitirmişdir. 2020-ci ildə həqiqi hərbi xidmətə çağırılmışdır. Xidməti borcunu ləyaqətlə yerinə yetirən igid əsgər Asif Ataşov Vətənin bölünməzliyi uğrunda gedən İkinci Qarabağ savaşında 01 oktyabr 2020-ci il tarixdə Tərtər rayonu Dəmirçilər kəndi istiqamətindəki döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Subay idi. Xırdalan şəhər Şəhidlər məzarlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Ataşov Asif Kərim oğlu ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, "Ağdamın azad olunmasına görə", "Xocavəndin  azad olunmasına görə" və "Suqovuşanın  azad olunmasına görə"  medalları ilə təltif edilmişdir.

 

 

Əliyev Ziyadxan İbrahim oğlu - 12 yanvar 1997-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olub. Əslən Cəbrayıl rayonunun Soltanlı kəndindən olan Ziyadxan 2003-2011-ci illərdə Kürdəmir rayon Carlı kənd, 2012-2014-cü illərdə Qubadlı rayon Fərcan kənd tam orta məktəbində təhsil almışdır. 2014-2018-ci illərdə Azərbaycan Texniki Universitetində təhsilini davam etdirmiş, ali təhsilini başa vurduqdan sonra 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanmışdır. 01 oktyabr 2020-ci il tarixdə torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlamış Vətən müharibəsində Tərtər rayonunun Talış yüksəkliyi istiqamətində gedən döyüşlərdə tapşırığı yerini yetirərkən düşmənin snayper gülləsinə tuş gələrək Şəhidlik zirvəsinə ucalmışdır. Subay idi. Kürdəmir rayonunda dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əliyev Ziyadxan İbrahim oğlu ölümündən sonra “Vətən uğrunda”, "Suqovuşanın  azad olunmasına görə"  və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

  

 

 

 

 

 

 


 

 

                               

 


Xəlilov Ruhin Müzəffər oğlu – 13 mart 1987-ci ildə Cəbrayıl rayonunun Məzrə kəndində anadan olub. İlk təhsilini Səbail rayon 203 saylı orta məktəbdə almışdır. Abşeron rayon 1 saylı tam orta məktəbini bitirdikdən sonra 2005- 2009-cü illərdə “Asiya” Universitetinin Hüquq fakültəsində ali təhsil almışdır. 2009-2010-cu illərdə hərbi xidmətdə olub. Ruhin Xəlilov Ədliyyə Nazirliyinin İcra Baş idarəsində məsləhətçi vəzifəsində çalışırdı. Birinci dərəcəli dövlət qulluqçusu, ədliyyə kapitanı idi. Ailəli idi, üç övladı var. İkinci Qarabağ savaşı başlayan gündən könüllü olaraq Cəbrayıl rayon Hərbi Komissarlığına müraciət edir və qısa bir zamanda cəbhəyə yollanır. 21 oktyabr 2020-ci ildə Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 2-ci fəxri xiyabanda dəfn edilmişdir. Torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda “, "Qubadlının azad olunmasına görə", “Cəsur döyüşçü” və "Cəbrayılın azad olunmasına görə"medallarıı ilə təltif edilmişdir. Eyni zamanda, Ədliyyə Naziri Fikrət Məmmədov tərəfindən İcra Baş İdarəsinin “Fəxri Ədliyyə İşçisi” adı verilmişdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi