Cəbrayıl sakini Sevinc Hüseynova:Doğma yurda əsgər anası kimi qayıdıram
Bu gün çox sevincliyəm. Mən Cəbrayıldan çıxanda cəmi 8 yaşım var idi. İndi isə vətəni qoruyan bir əsgərin anası olaraq qayıdıram. Bu günə şükür.Bu sözləri bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Sevinc Hüseynova deyib.Bu illər ərzində məcburi köçkünlərin dövlət başçısının daim diqqət mərkəzində olduğunu xatırladan sakin bu xoş münasibətə görə minnətdarlığını bildirib.
"Dövlətimizin başçısı tərəfindən uzun illərdir ki, bütün məcburi köçkünlər diqqətdə saxlanılır- sosial müavinət, övladlarımız təhsil haqqından azad olunması, kommunal xərclər və digər müxtəlif növ imtiyazlar. Çox sağ olsun", - deyə S.Hüseynova diqqətə çatdırıb.