lider-media.az

Tramp Qrenlandiyanı işğal etsə nə ilə üzləşəcək? - Böyük ada bu məqsədlər üçün istifadə ediləcək

Tarix: 12-01-2025, 22:10

                                                             “Artıq vəzifəsini icra etməyə sayılı günlər qalmış ABŞ - nin yeni seçilmiş prezidenti Donald Trampın Danimarkanın muxtar bölgəsi olan Qrelandiyanı ölkəsinə birləşdirmək barədə çağırışlar etməsi geniş müzakirəyə səbəb olub”.

Lider-media.az xəbər verir ki, bunu politoloq Zeynal Əmrəliyev deyib. 

“Məsələyə rəsmi Kopenhagendən sərt açıqlama gəlib və Danimarka hökuməti bunu yolverilməz adlandırıb. Həmçinin Qrelandiyanın yerli hökuməti də buna qarşıdır. Qreland hökuməti ümumiyyətcə adanın müstəqilliyinin tərəfdarı olduqlarını bildirir. Tramp yeni seçilmiş prezidenti Qrelandiyanı ələ keçmək üçün hərbi müdaxilə variantı da istisna etmədiyini bildirib. Ancaq ABŞ - nin adaya hərbi müdaxiləsi çox da inandırıcı gəlmir. İlk növbədə Danimarka NATO - nun üzvüdür. ABŞ bir zamanlar özünün yaratdığı hərbi təşkilatın daxilində böhranın yaranmasına zəmin yarada bilməz. Eyni zamanda bu rəsmi Vaşinqtonun uzun illərdir sürdürməyə çalışdığı " dünya hakimliyi " rolunun da süqutuna səbəb ola bilər. NATO - nun dağılması indiki geosiyasi gərginlik fonunda ABŞ - yə sərf etmir. İkinci məsələ Avropanın aparıcı dövlətlərinin məsələyə kəskin reaksiyasıdır. Fransa uzun müddətdir ki, Avropa Birliyinin ordusunun yaradılması barədə çağırışlar edir. Almaniya hökuməti də Trampın açıqlamasını təhlükəli hesab edərək Qrelandiyanın işğalına imkan verməyəcəklərini və Danimarkanı müdafiə edəcəklərini bildirib. ABŞ hərbi müdaxilə halında Avropa ölkələrinin koalisiyası ilə üzləşə bilər ki, bu da heç yaxşı nəticə deyil. Donald Trampın Kanadanı da ABŞ - nin 51 - ci ştatı elan etməsi Böyük Britaniya da həyacanla izlənilir. Rəsmi London hələ ki sakitliyini qorusa da məsələ reallaşmağa başlayarsa əməlli addımlar ata bilər. Trampın Qrelandiyanı işğal etməsinə mane olacaq 3 - cü məsələ isə daxildə olan ciddi  narazılıqdır. Demokratlar Partiyasından olan siyasətçilər bunu yolverilməz adlandırıraq məsələyə ciddi şəkildə etiraz edirlər. Eyni zamanda ABŞ ordusunda hələ də güclü nüfuzları olan veteran təşkilatı da ordunun başqa ölkənin ərazisini işğal etməsini yolverilməz adlandırıblar. Tramp işğal üçün Amerika cəmiyyətini buna hazırlamalıdır. Nəzərə alaq ki, ABŞ prezidenti avtoritar hakimiyyətə malik olmur. Onun bütün qərarları təkbaşına vermək səlahiyyəti yoxdur. Belə məsuliyyətli qərarın qəbulu uzun  prosedur tələb edir. İndi əsas sual budur ki, Tramp Qrenlandiyanı niyə istəyir. Onun bu açıqlamasından əvvəl də adanın ABŞ üçün çox mühüm əhəmiyyət kəsb etdiyi bilinirdi. Ancaq konkret şəkildə Qrelandiyaya sahib olmaq üçün bir neçə səbəb var. Birincisi, ABŞ-nin  Şimal qütbündən 1500 kilometr məsafədəki  hərbi bazası   məhz burada yerləşir. Bu baza ölkənin ən şimalındaki hərbi bazasıdır.  Baza vasitəsi ilə  erkən raket xəbərdarlığı, kosmik müşahidə və peyk nəzarəti funksiyalarını yerinə yetirir. İkincisi, Arktika buzlarının əriməsi Şimal-Qərb və Şimal-Şərq keçidləri kimi daha qısa ticarət yollarını açılması deməkdir. Qrenlandiya beynəlxalq gəmiçilik və hərbi bazalar üçün vacib olan bu marşrutların mərkəzində yerləşir. Üçüncü məsələ isə ABŞ - nin  Şərq bloku, Rusiya və Çinlə başlatdığı mübarizədir. Qrelandiya  sualtı qayıqların monitorinqində, Rusiya və Çinin geosiyasi təsirinin saxlanılmasında mühüm  rol oynayır. Bu baxımdan onun ələ keçirilməsi ABŞ üçün vacibdir. Donald Trampın ərazi iddiaları onu göstərir ki, artıq 2 - ci dünya müharibəsindən sonra yaranmış dünya nizamı elə onu yaradanlar tərəfindən dağıdılır. Dünya artıq tamamilə fərqli bir dövrə qədəm qoyur”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi