lider-media.az

Tovuz rayonu, Qaralar kəndi yaxınlığında, dağlıq ərazidə yanğın

Baxış: 274 Tarix: 12-01-2025, 09:44

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Tovuz rayonu, Qaralar kəndi yaxınlığında, dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub.Fövqəladə Hallar Nazirliyindən  bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.Təqribən 0,3 ha sahədə kol-kos və ağac kötükləri yanıb. Dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən söndürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi