Mənfur erməni quldurları həmişə türk xalqlarına qarşı düşmənçilik mövqeyində durmuş, son 200 ildə xalqımıza qarşı analoqu olmayan vəhşiliklər törətmişlər. Birinci Qarabağ savaşında daşnak quldurlara qarşı igidliklə vuruşan Vətən oğullarından biri də adı Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə yazılan Nizami Məmmədov oldu. Onun cəsurluğu, şücaəti dillərdə gəzir.
Nizami Murad oğlu Məmmədov 12 yanvar 1958-ci ildə Xankəndi şəhərində dünyaya göz açmışdır. O, Nizami Gəncəvi adına 4 saylı şəhər orta məktəbini bitirdikdən sonra 1975-77-ci illərdə İrkutsk vilayətində hərbi xidmətdə olmuş, nümunəvi xidmətinə görə hərbi hissənin komandanlığı tərəfindən valideynlərinin ünvanına razılıq məktubu gəlmişdir.
Bir müddətdən sonra Nizami Məmmədov Xankəndi Şəhər Yaşıllaşdırma İdarəsində, daha sonra isə Qarabağ İpək Kombinatında çalışmışdır. O, polis olmaq arzusu ilə yaşayırdı. Bu arzu onu Bakı Xüsusi Orta Polis Məktəbinə gətirdi. Təhsilini başa vurub Xankəndi Şəhər Polis Şöbəsində növbətçi köməkçisi işləməyə başladı.
1988-ci il... Ermənilərin xəyanət tonqalı get-gedə alovlanır. Onlar mənfur niyyətlərini reallaşdırmaq üçün azərbaycanlılara qarşı bir-birinin ardınca terror hadisələri törədirdilər. Belə ağır günlərdə bütün polis işçiləri kimi Nizami Məmmədov da sayıqlığını itirmir, çalışırdı ki, yurdumuza uzanan qara əllər kəsilsin. Fevral ayının 18-də şəhərin azərbaycanlılar yaşayan küçələrinə ermənilər tərəfindən aramsız hücumlar olunurdu. Zori Balayanın “Ocaq” kitabı əldən-ələ gəzir, xalqımıza qarşı yazılmış bu kitab hayları daha da azğınlaşdırırdı. Nizami Məmmədov bu məhəllədən o məhəlləyə keçir, azərbaycanlılara köməklik göstərməyə çalışırdı.
1989-cu il... Hadisələr getdikcə kəskinləşirdi. Nizami işlə əlaqədar Şuşa şəhərinə köçməli olur və öz işini Şuşa Rayon Polis Şöbəsində davam etdirir. O, gecə-gündüz bilmirdi. Doğma yurdu faşist xislətli erməni quldurlarından qeyrətlə qoruyurdu. İşdən sonra düşmənin güllə yağışı altında Kərkicahan, Qaybalı kəndlərinə gedir, özünümüdafiə dəstəsinə vaxtında silah-sursat çatdırılmasına kömək göstərirdi.
Şuşanın demək olar ki, başqa bölgələrlə əlaqəsi tam kəsilmişdi. Hər qarış torpaq uğrunda mübarizə gedirdi. Polis əməkdaşı Nizami Məmmədov da bu mübarizənin ön cərgəsində idi. O, Malıbəyli, Daşaltı, Qaladərəsi əməliyyatlarında şəxsi igidlik göstərdi, rəşadətlə vuruşaraq torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə ad-san qazandı, heç vaxt ölümündən qorxmadı.1992-ci ilin mart ayı. Erməni vandallarına qarşı ağır döyüşlər gedirdi. Moskvadakı ermənipərəst qüvvələr isə ermənilərin nankorluğuna göz yumurdu. Ağır döyüşlərdə Vətənin cəsur və qorxmaz oğlu Nizami Məmmədovun sinəsi düşmən snayperinə tuş gəldi. O, qəhrəmancasına həlak oldu. Son mənzili Bərdə rayonundakı Dəymədağlı kənd qəbiristanlığı oldu.
Yurdunda gözləri cəbhə yollarına dikilmiş üç oğlu qaldı.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Nizami Məmmədov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” Fəxri adına layiq görülmüşdür.


Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı açıqlanıb
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Prezident İlham Əliyev forumda iştirak edib
VII çağırış Milli Məclisə seçilmiş deputatlarımızın siyahısı
Prezidentin müsahibəsinin TAM MƏTNİ
HÜSEYN ƏLİXANOV: QƏLƏBƏYƏ APARAN YOL
İstanbul 2027-ci ildə İspaniya futbolunun zirvə yarışına ev sahibliyi edəcək
Əməyin dəyəri bərabərdirsə, haqqı da bərabər olmalıdır
Günün fotosu
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda “Pirqulu Park” hotelinin açılışında iştirak ediblər
İlham Əliyev Şamaxıda “Nəsimi Bağları” kompleksi ilə tanış olub
İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib
F.F.Mustafayevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonuna səfər ediblər
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Bakıda 4 nəfər son anda ölümdən döndü
V Şəki Beynəlxalq Teatr Festivalı oktyabrın 1-də start götürəcək
“Həzi Aslanov” stansiyasının dalanında əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Sentyabrın 18-də gözlənilən hava şəraiti
İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edib
Formula 1 altı ildən sonra İstanbula qayıdır
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin Beşinci Toplantısının iştirakçılarına
Sentyabrın 17-si saat 9:00-a olan faktiki hava
Ü.Z.Quliyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sentyabrın 17-də gözlənilən hava şəraiti

Elmi yenilik: Kök hüceyrələrdən ürək qapağı toxuması yaradılıb
97 yaşında təyyarə qanadında uçdu -
ABŞ alimlərindən gen mühəndisliyi sahəsində mühüm elmi nailiyyət
Yeni araşdırma: Sürətlənmiş bioloji qocalma gənclərdə xərçəng riskinin artması ilə əlaqəli ola bilər
Həddindən artıq məsuliyyət hissi: görünməyən psixoloji yük
“Gen redaktəsi” xolesterini yox edəcəkmi?