lider-media.az

Paytaxtda yeni park salınır

Baxış: 109 Tarix: 12-01-2025, 07:06

Bakıda yeni park salınır - RƏSMİYasamal rayonunda yerləşən köhnə ağaclıq ərazi abadlaşdırılır, daha bir park salınır.Bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.

Qeyd edilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən sözügedən 5 hektarlıq ərazidə 161 ədəd qurumuş və qəzalı vəziyyətdə olan ağaca rəy verilib.

Parkın layihəsi və yaşıllıqların mühafizəsinə dair Dövlət Ekoloji Ekspertiza Agentliyində dövlət qurumlarının əməkdaşlarının, müstəqil ekoloqların, QHT və KİV nümayəndələrinin iştirakı ilə ictimai dinləmə də keçirilib. Ərazidən götürüləcək 161 quru ağacın yerində Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən iqlimə xas 300-ə yaxın müvafiq cinsli tinglərin əkilməsi prosesinə başlanılacaq. Hazırda isə birliyin əməkdaşları tərəfindən müvafiq qurum tərəfindən verilmiş rəylərə uyğun olaraq qurumuş ağacların götürülməsi prosesi həyata keçirilir.

"Təsdiq olunmuş layihəyə əsasən, sözügedən ərazidə abadlaşdırma işləri aparılacaq və burada velosiped yolları, uşaq oyun meydançaları və s. nəzərdə tutulan park qurulacaq. Heç bir tikinti fəaliyyətindən söhbət gedə bilməz", - deyə məlumatda bildirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi