Lider-media.az xəbər verir ki, yanvarın 11-də Pərvanə Vəliyeva deputatı olduğu Bakının Xətai rayonunda, Mədinə Gülgün küçəsi 1 ünvanında yerləşən 63 saylı orta məktəbdə və 8 noyabr küçəsi 36 ünvanında yerləşən “Zərifə xeyir-şər” evində seçiciləriylə görüşüb, onların qaldırdıqları məsələləri dinləyib.
Görüşlərdə ümumilikdə, 37 nəfər iştirak edib.
Deputat şıxışlarında vətəndaşların müraciətlərinin həlli istiqamətində çalışacağını, həmçinin ayrı-ayrı icmalarda bu kimi səyyar görüşlərin davam etdiriləcəyini bildirib.
Qeyd olunub ki, vətəndaşlar qəbula yazılmaq və məlumat almaq üçün aşağıda qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərlər:
+994558113330
+994708113330