lider-media.az

İcra başçısı Birinci Qarabağ şəhidinin anasını evində ziyarət edib

Baxış: 261 Tarix: 11-01-2025, 16:28

1.jpg
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov mütəmadi olaraq şəhid ailələrini, qaziləri ziyarət edir, qayğıları ilə maraqlanır.Rayon rəhbəri öz ənənəsinə sadiq qalaraq Birinci Qarabağ müharibəsində şəhid olmuş İsmayılov Nazim Həsrət oğlunun anası Tamaşa İsmayılovanı səhhətində yaranmış problemlə əlaqədar evində ziyarət edib,əhvalını soruşaraq səhəti ilə maraqlanıb.
Şəhidin anası və bacısı onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Bugünkü ziyarəti onlara olan qayğının daha bir bariz nümunəsi kimi qiymətləndirib.Şəhid Nazim İsmayılov 1971-ci ildə Beyləqan şəhərində anadan olmuşdur.1994-cü ildə Füzuli rayonunun Seyidəhmədli kəndi uğrunda gedən döyüş zamanı Şəhidlik zirvəsinə ucalmış,Beyləqan şəhərində dəfn olunmuşdur.
 Allah rəhmət eləsin!!
Lider-Media.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi