lider-media.az

Şəhid anası yenidən məktəb direktoru oldu

Baxış: 259 Tarix: 11-01-2025, 13:14

Şəhid anası yenidən məktəb direktoru oldu

Masallı rayon Çaxırlı kənd tam orta məktəbinə yeni direktor təyin edilib.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən  bildirilib ki, bu vəzifənin icrası Mehriban Sultanovaya həvalə olunub. O, bundan əvvəl Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin direktor müavini vəzifəsində çalışıb.M.Sultanova 2023-cü ildə Masallı şəhər Rafiq Əlihəsənov adına 1 saylı tam orta məktəbinin direktoru vəzifəsindən uzaqlaşdırılmışdı.

Qeyd edək ki, Mehriban Sultanova Vətən müharibəsi şəhidi Niyaməddin Sultanzadənin anasıdır. N. Sultanzadə Füzuli və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə vuruşub və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezidentin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi