lider-media.az

Yanvarın 11-də gözlənilən hava şəraiti

Baxış: 416 Tarix: 10-01-2025, 12:49

Bakıda və  Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az çiskin olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.  
Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-13° isti olacaq. 
Atmosfer təzyiqi 766 mm civə sütunundan 762 mm civə sütununa enəcək.
Nisbi rütubət 75-85 % olacaq.  
 Azərbaycanın rayonlarında  hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə arabir duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. 
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, 
dağlarda gecə 2-7° şaxta, gündüz 3-8° isti olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi