lider-media.az

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları və beynəlxalq parlament assambleyalarındakı nümayəndə heyətləri xarici dövlətlərin parlamentlərinə və parlament assambleyalarına məktublar ünvanlayıblar

Baxış: 102 Tarix: 8-01-2025, 14:50

Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları və beynəlxalq parlament assambleyalarındakı nümayəndə heyətləri xarici dövlətlərin parlamentlərinə və parlament assambleyalarına məktublar göndəriblər.

Məktublarda deyilir: “Məlum olduğu kimi, Ermənistan irqi ayrı-seçkilik və radikal millətçilik ideologiyası əsasında Azərbaycan xalqına və dövlətinə qarşı genişmiqyaslı hüquq pozuntuları törətmişdir. Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü ildə etdiyi çıxışın bu günlərdə ortaya çıxmış videoyazısı bunu bir daha göstərir. Levon Ter-Petrosyanın prezident qismində səsləndirdiyi və onun özünün hakimiyyəti dövründə baş vermiş işğal və etnik təmizləməni dövlət siyasəti kimi təqdim edən bu çıxış, sözügedən cinayətlərə görə Ermənistanın dövlət kimi məsuliyyətini və bu cinayətlərin sistematik və mütəşəkkil şəkildə törədilmiş olmasını birmənalı şəkildə sübut edir.”

Məktublarda bütün bunları və eləcə də Ermənistanın irqi ayrı-seçkilik və sülhə zidd siyasətinin davam etməsini nəzərə alaraq, xarici dövlətlərin parlamentlərinə və beynəlxalq parlament assambleyalarına Ermənistanı irqçi siyasətdən, revanşizm və militarizm yolundan çəkindirmək və onun Qərbi azərbaycanlıların qayıdışına şərait yaratması üçün bu dövlətə təzyiq etməyə çağırış ifadə olunur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi