lider-media.az

Gəncədə Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində Milad bayramı qeyd olunub

Baxış: 417 Tarix: 7-01-2025, 17:08

7.jpeg

Bugün Pravoslav xristianları İsa Peyğəmbərin mübarək mövludunu - Milad bayramını qeyd edirlər. Bununla əlaqədar olaraq, Gəncə şəhərində yerləşən Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsində əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milad bayramı ilə bağlı təbriki oxunub. Daha sonra kilsənin dini heyəti Həzrəti İsanın mövludu ilə bağlı ayinlər icra edib.

Pravoslavlar kilsədə şamlar yandıraraq, sülh, əmin-amanlıq və xoşbəxtlik diləkləri ilə dualar oxuyub, xaç suyu içiblər.Qeyd edək ki, xristian aləminin ən əlamətdar və təntənəli bayramlarından sayılan Milad ənənəyə görə, yanvar ayının 6-dan 7-nə keçən gecə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi