lider-media.az

Şəhid hərbi pilot Rəşad Atakişiyevin xatirəsi yad edilib

Baxış: 195 Tarix: 7-01-2025, 17:02

Yanvarın 7-də İkinci Fəxri Xiyabanda Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi pilotu olmuş şəhid polkovnik-leytenant Rəşad Atakişiyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib.
HHQ-nin bir qrup hərbi qulluqçusunun, şəhidin ailə üzvlərinin, həmçinin media nümayəndələrinin iştirak etdiyi tədbirdə hərbi pilotumuzun məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülərək xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Mərasimdə general-mayor Həsən Əlövsədov çıxış edərək polkovnik-leytenant R.Atakişiyevin şərəfli xidmət yolundan, vətənpərvərliyindən və peşəkarlığından danışb, onun gənc pilotlar üçün örnək olduğunu qeyd edib.
Bildirilib ki, polkovnik-leytenant R.Atakişiyevin xatirəsi hər zaman xalqımızın yaddaşında yaşayacaq, fəxrlə anılacaqdır.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi