lider-media.az

E-sosial.az portalının aktiv istifadəçi sayı 1,8 milyonu ötüb

Baxış: 261 Tarix: 7-01-2025, 13:48

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial.az internet portalında qeydiyyatdan keçən aktiv istifadəçilərin sayı 1 milyon 807 minə çatıb.  

2019-cu ildə istifadəyə verilən portal ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlara dair toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış və yaranan sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı yaradır.  

E-sosial.az portalı üzərindən pensiya, müavinət, təqaüd, əlillik, reabilitasiya, məşğulluq, iş yeri və s. barədə 30-dan çox növdə elektron arayış əldə etmək də mümkündür.  Təkcə son bir ildə portaldan istifadə sayı 8,4 milyon olub. 
 E-sosial.az portalının aktiv istifadəçi sayı 1,8 milyonu ötüb


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi