lider-media.az

“Türkiyə PKK terror təşkilatını sıradan çıxarır” Politoloq

Baxış: 187 Tarix: 6-01-2025, 23:00

“Türkiyədə yenidən "Kürd açılımı" siyasətinə start verilib. Türkiyə rəhbərliyi PKK terror təşkilatına son verməyi, Türkiyənin tam təhlükəsizliyini təmin etməyi hədəfləyir”. 

Lider-media.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

“Türkiyə prezidenti bu sürəci MHP lideri D. Baxçalı vasitəsilə həyata keçirir. İmralı həbsxanasinda cəza çəkən PKK terror təşkilatının lideri A. Öcalanla danışıqlar aparılıb. Kürdlərin DEM partiyası rəhbərliyi MHP lideri ilə görüşlər keçirdi. 

Demek olar ki,  proses müsbət istiqamətdə davam edir. Danışıqlar baş tutarsa, A.Öcalan PKK silahı yerə qoyacağına çağırış edəcək və bu terror təşkilatına son veriləcəyini açıqlamalıdir. Məhz Türkiyə rəhbərliyinin yeni açılım siyasəti müsbət nəticə verə bilər. Birinci,  Çünki regional və beynəlxalq şərtlər dəyişib. Türkiyə kifayət qədər güclənib. PKK terror təşkilatına daxildə və sərhəddən kənarda zərbələr vurulub. İkinci, Türkiyənin Güney -Doğusunda PKK silahlı üzvülərindən təmizlənib. İraqda regional Kürd Muxtariyyəti  PKK təhlükə sayaraq Türkiyə ilə eyni siyasi görüşdədir. Üçüncü, Ankara və Bağdad PKK qarşı ortaq hərəkətdə razılaşıb. Dördüncü, Suriyada Türkiyə qalib gəlib. Suriyanın Şimal-şərqində PKK-YPG silahı yerə qoymaq çağırışı edilib. Suriyada və İraqda PKK zəiflədilib. 

Beynəlxalq şərtlər dəyişib. D.Trampın prezident seçilməsi Vaşinqtonun PKK Suriyada siyasətini dəyişib. Həmçinin Avropa ölkələri  Rusiya- Ukrayna müharibəsinə diqqəti yönəlib.  Bundan əlavə, Suriyada Türkiyənin söz sahibi olması Avropa ölkələrinin PKK dəstək verməsini neytrallaşdirıb. Çünki, Qətərdən yeni qaz kəməri çəkilməli və Avropanın qaza olan tələbatı ödənməlidir. 

Yaxın perspektivdə Türkiyədə 40 ildir fəaliyyət göstərən PKK terror təşkilatı özünü buraxdığını rəsmən elan edə bilər. Proses həssasdır və PKK daxilində müqavimət göstərən mərkəzlər olacaq”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Апрель 2026    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi